bakıda kosmik texnologiyalar konfransı keçirilir

bakı, 24 aprel, arhd.media



bakıda kosmik texnologiyalar konfransı – “space technology conference” (stc2025) keçirilir.

arhd.media xəbər verir ki, bu mötəbər tədbir azərbaycan respublikasının kosmik agentliyi – “azərkosmos”un təşkilatçılığı ilə keçirilir.

konfransda “dayanıqlı regional inkişaf üçün yerin məsafədən müşahidəsi”, “mərkəzi avrasiyada peyk rabitəsinin rolu”, “kosmik sənayedə innovasiya və investisiyalar”, “kiçikölçülü peyklər”, “dayanıqlı inkişaf üçün beynəlxalq kosmik fəaliyyətlərin koordinasiyası”, “regional çağırışlar üçün peyk texnologiyalarının rolu” kimi aktual mövzulara toxunulacaq.

ikigünlük tədbir 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirib. konfransa yaxın şərq, avropa, asiya, şimali və cənubi amerika, eləcə də afrikadan nümayəndələr qatılıb.

xatırladaq ki, ötən gün bakıda türk dövlətləri təşkilatının üzvləri – türkiyə, qırğızıstan, özbəkistan, qazaxıstan və müşahidəçi üzvləri – macarıstan və türkmənistanın kosmik agentlik rəhbərlərinin 4-cü toplantısı keçirilib.

Baxış sayı: 4 522

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə