bakı, 15 aprel, arhd.media
nazirlik: üdm-in real artım tempinin orta illik 3,8 faiz olacağı planlaşdırılır
proqnozlara əsasən, 2026-cı ilin sonuna üdm-in həcmi 135,7 milyard manat, o cümlədən qeyri-neft/qaz üdm-in həcmi 101,3 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə üdm-in 162,6 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz üdm-in həcmi 129,1 milyard manata qədər artacağı gözlənilir.
arhd.media xəbər verir ki, bu barədə maliyyə nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən ortamüddətli büdcə çərçivəsində məlumat verilib.
“ortamüddətli dövrdə üdm-in real artım tempinin orta illik 3,8 faiz, qeyri-neft/qaz üdm-in 5,1 faiz olacağı proqnozlaşdırılır. 2025-ci ildə neft-qaz sektoru üzrə üdm-in real ifadədə 1,2 faiz artacağı proqnozlaşdırılır. 2029-cu ildə üdm-in tərkibində qeyri-neft/qaz sektorunun payının artaraq 79,4 faizə çatacağı, neft-qaz sektorunun payının isə 20,6 faizə bərabər olacağı proqnozlaşdırılır”, - deyə hesabatda bildirilir.
qeyd edək ki, cari ildə üdm-in tərkibində qeyri-neft-qaz sektorunun payının 71,3 faiz olacağı gözlənilir.























