azərbaycan və israil yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanlarını müzakirə edəcək

bakı, 7 aprel, arhd.media



rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev israilə işgüzar səfər edib.

arhd.media rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, səfər çərçivəsində nəqliyyat və yol təhlükəsizliyi naziri miri reqev, innovasiya, elm və texnologiya naziri qila qamliel, vençur fondları, texnoloji şirkətlər, təl-əviv universitetinin nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

görüşlər zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanları müzakirə olunacaq.

eyni zamanda innovasiya, süni intellekt, kibertəhlükəsizlik sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılacaq.

Baxış sayı: 5 514

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə