iqtisadi şuranın iclası keçirilib


 

bakı, 27 yanvar,  arhd.media

yanvarın 27-də iqtisadi şuranın iclası keçirilib.

bu barədə arhd.media- a nazirlər kabinetindən məlumat verilib.

azərbaycan respublikası iqtisadi şurasının sədri, baş nazir əli əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində prezident ilham əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn tapşırıqlar, 2024-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri və iqtisadi şuranın 2025-ci il üzrə fəaliyyət planı, “naxçıvan muxtar respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün dövlət proqramı”nda azad iqtisadi zonanın (aiz) yaradılması ilə bağlı məsələlər, ölkəmizin beynəlxalq maliyyə institutları və fondları ilə əməkdaşlığı, iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin 2024-cü il üzrə fəaliyyət hesabatı və 2025-ci il üçün fəaliyyət planı və digər cari məsələlər ətraflı müzakirə olunub.

gündəlikdə olan məsələlər üzrə iqtisadiyyat naziri mikayıl cabbarovun və iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin icraçı direktoru vüsal qasımlının məruzələri dinlənilib. iclasda iştirak edən naxçıvan muxtar respublikasında azərbaycan respublikası prezidentinin səlahiyyətli nümayəndəsi fuad nəcəfli və dövlət gömrük komitəsinin sədri şahin bağırov da naxçıvan muxtar respublikasında aiz yaradılması ilə bağlı çıxış ediblər.

təqdim olunan məsələlərə dair iqtisadi şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. iclasın yekununda iqtisadi şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Baxış sayı: 6 638

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə