bakı, 1 aprel, arhd.media
azərbaycan respublikasının prezidenti yanında antiinhisar və istehlak bazarına nəzarət dövlət agentliyi istehlakçı hüquqlarının müdafiəsi və mühafizəsi üzrə beynəlxalq şəbəkənin (icpen) mentorluq proqramına qoşulub.
dövlət agentliyindən arhd.media-a bildirilib ki, mentorluq proqramının məqsədi təşkilatın üzvləri və tərəfdaşları arasında müvafiq sahədə təcrübə mübadiləsini təmin etmək və qurumlararası ünsiyyəti asanlaşdırmaqdır.
sözügedən proqram çərçivəsində azərbaycan respublikasının prezidenti yanında antiinhisar və istehlak bazarına nəzarət dövlət agentliyi və türkiyənin ticarət nazirliyinin istehlakçıların müdafiəsi və bazara nəzarət baş idarəsi nümayəndələrinin iştirakı ilə “istehlakçı hüquqlarının müdafiəsi istiqamətində daxil olan şikayətlər” mövzusunda onlayn formatda ilk seminar təşkil edilib.
seminar zamanı hər iki qurumun istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud təcrübəsi və fəaliyyətinə dair təqdimatlar nümayiş etdirilib, qarşılıqlı əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. qeyd edilib ki, istehlakçıların hüquqlarının müdafiəsi üzrə tənzimləyici orqanlar arasında əməkdaşlığın gücləndirilməsi istehlakçıların hüquqlarının daha effektiv şəkildə qorunmasına, bu sahədə ən yaxşı təcrübələrin paylaşılmasına şərait yaradacaq.
mentorluq proqramı çərçivəsində daha üç vebinarın və iki işgüzar səfərin təşkili nəzərdə tutulub. işgüzar səfərlər istehlakçıların hüquqlarının müdafiəsi üzrə tənzimləyici orqanlar arasında əməkdaşlıq, müvafiq sahədə dövlət-özəl tərəfdaşlığı, istehlak bazarının araşdırılması metodları, reklam fəaliyyətinə nəzarət vasitələri kimi mövzuları əhatə edəcək.
qeyd edək ki, azərbaycan respublikası 2006-cı ildən etibarən istehlakçıların hüquqlarının müdafiəsi və mühafizəsi üzrə beynəlxalq şəbəkəyə (icpen) üzvdür və təşkilatda antiinhisar və istehlak bazarına nəzarət dövlət agentliyi tərəfindən təmsil olunur.






















