

19 mart 2025-ci il arhd.media
press-reliz
“exxonmobil” korporasiyası ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
iqtisadiyyat nazirliyində “exxonmobil” korporasiyasının vitse-prezidenti ilə görüşdə enerji əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib.
iqtisadiyyat naziri mikayıl cabbarov “exxonmobil” korporasiyasının vitse-prezidenti con ardillə görüşüb.
vurğulanıb ki, azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı beynəlxalq tərəfdaşlarla regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.
görüşdə “exxonmobil” korporasiyası ilə enerji sahəsində uzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirildiyi qeyd olunub, işbirliyinin genişləndirilməsi imkanları müzakirə edilib.























