20 mart 2025  arhd.media

azərbaycanın gürcüstanla ticarət dövriyyəsi 2 % artıb


bu ilin yanvar-fevral aylarında azərbaycanla gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 213,195 milyon abş dolları təşkil edib.

“arhd.media” bu barədə gürcüstanın milli statistika idarəsinə istinadən xəbər verir.

bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur.

gürcüstanın ümumi xarici ticarət dövriyyəsində azərbaycanın payı 6 % təşkil edib.

hesabat dövründə gürcüstanın azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 1,8 % azalaraq 97,702 milyon abş dolları (ümumi ixracın 11,7 %-i), gürcüstanın azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 5,5 % azalaraq 115,493 milyon abş dolları (ümumi idxalın 4,2 %-i) olub.

il ərzində gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 15,6 % artaraq 3 milyard 567,567 milyon abş dollarına çatıb. o cümlədən, ixracın dəyəri 4 % artaraq 835,357 milyon abş dolları, idxalın dəyəri isə 19,6 % artaraq 2 milyard 732,209 milyon abş dolları təşkil edib.

Baxış sayı: 4 364

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə