bakı, 17 mart, arhd.media
yanvar-fevral aylarında azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 7 milyard 108,3 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 3,2 faiz azalma müşahidə olunub.
dövlət statistika komitəsindən arhd.media-a verilən məlumata görə, iki ayda qaz nəqlinin 48 faizi bakı-tbilisi-ərzurum (cənubi qafqaz boru kəməri - cqbk) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 4,83 faiz azalaraq 3 milyard 412,9 milyon kubmetr təşkil edib.























