“azərenerji”nin nizamnaməsi və strukturu yenidən təsdiq ediləcək

bakı, 17 mart, arhd.media


azərbaycan prezidenti ilham əliyev “azərenerji” asc-nin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

arhd.media xəbər verir ki, fərmanla “azərenerji” açıq səhmdar cəmiyyətində (bundan sonra – cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

azərbaycan respublikasının prezidentinə:

- cəmiyyətin yenidən təşkili və ləğvi;

- cəmiyyətin icra orqanının yaradılması;

- cəmiyyətin idarə heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

azərbaycan respublikasının nazirlər kabinetinə:

- azərbaycan respublikasının prezidenti ilə razılaşdırmaqla, cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

- cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;

- cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

- cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

- bu fərmanın 1.1-ci və 1.3-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, azərbaycan respublikasının mülki məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

azərbaycan respublikasının iqtisadiyyat nazirliyinə:

- cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

- cəmiyyətin digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarların qəbul edilməsinə razılıq verilməsi;

- cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyulmasına razılıq verilməsi.

müəyyən edilsin ki, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – azərbaycan respublikasının prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən idarə heyətinin sədri və onun iki müavinindən ibarət idarə heyəti yaradılır.

azərbaycan respublikasının nazirlər kabineti:

- cəmiyyətin nizamnaməsini və strukturunu azərbaycan respublikasının prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Baxış sayı: 5 389

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə