bakı, 13 mart, arhd.media
energetika naziri pərviz şahbazov ilə xii bakı qlobal forumu çərçivəsində ölkəmizdə səfərdə olan iqtisadi əməkdaşlıq təşkilatının (iqət) baş katibi əsəd məcid xan arasında görüş keçirilib.
nazirlikdən arhd.media-a bildiriblər ki, görüşdə azərbaycanın təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığının inkişafına töhfə verən təşəbbüs və layihələrindən bəhs edilib.
bu aspektdə, iqət regionu üçün təmiz enerji mərkəzinin (cececo) yaradılması və mərkəz vasitəsilə həyata keçiriləcək təşəbbüslərin əhəmiyyətindən danışılıb. təmiz enerji mərkəzinin bakıda rəsmi açılışı üçün lazımi proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.
həmçinin bu il azərbaycanın iqət-in sammitinə ev sahibliyi çərçivəsində enerji sahəsində keçiriləcək tədbirlər, “mərkəzi asiya-azərbaycan yaşıl enerji dəhlizi” kimi regional layihələrlə təşkilat daxilində enerji tərəfdaşlığını təmin edən perspektivlər nəzərdən keçirilib.























