ilk azərbaycan universiteti və yerli təşkilat dif-in “strategic intelligence” platformasına qoşuldu

bakı, 6 mart, arhd.media



ilk azərbaycan universiteti və yerli təşkilat dif-in “strategic intelligence” platformasına qoşuldu


4sim-in dünya iqtisadi forumu ilə sıx əməkdaşlığı çərçivəsində bakı mühəndislik universiteti (bmu) və iqtisadi və sosial inkişaf mərkəzi (cesd) forumun “strategic intelligence” (strateji zəka) platformasına məzmun təminatçısı kimi üzv olublar.

bu barədə arhd.media-a iqtisadiyyat nazirliyinin tabeliyindəki dördüncü sənaye inqilabının təhlili və koordinasiya mərkəzindən (4sim) bildirilib.

məlumata əsasən, bmu “strategic intelligence” platformasında məzmun təminatçısı statusunu alan ilk azərbaycan universiteti, cesd isə ilk yerli təşkilatdır.

qeyd edək ki, platformanın qeydiyyatdan keçmiş istifadəçi sayı 1 milyondan çoxdur. burada harvard, yel, oksford universitetləri və kaist də daxil olmaqla 400-dən çox məzmun yaradan akademik tərəfdaş var.

“strategic intelligence” yüzlərlə qlobal problemlərin və onların qarşılıqlı xəritəsini özündə birləşdirən platformadır. süni intellekt əsaslı bu platforma hər hansı mövzuda əsas məsələlər üzrə daha geniş perspektivli məlumatlar əldə etməyə və həmin mövzularla bağlı əsas tendensiyaları başa düşməyə imkan verir. məlumat “transformation map” adlanan interaktiv, dinamik məlumat vizuallaşdırması şəklində təqdim olunur. transformasiya xəritələri ümumilikdə 300-dən çox mövzunu əhatə edir və iqtisadiyyat, sənaye, iqlim, enerji və digər qlobal problemlər arasında əlaqələri araşdırmağa və anlamağa kömək edir.

Baxış sayı: 4 403

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə