bakı, 28 fevral, arhd.media
socar somali ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığı müzakirə edib
socar-ın prezidenti rövşən nəcəf somalinin neft və mineral sərvətlər naziri dahir shire mohamed ilə görüşüb.
socar-dan arhd.media-a bildirilib ki, görüşdə cari il fevralın 12-də azərbaycan prezidenti ilham əliyev ilə somalinin prezidenti hasan şeyx mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.
söhbət zamanı somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin banm-də təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.






















