bakı, 21 fevral, arhd.media
allahverən ismayılov: informasiya təhlükəsizliyi sahəsində daha böyük uğurlara imza atacağıq
bu gün informasiya təhlükəsizliyi bütün dünya dövlətlərinin, xüsusi xidmət orqanlarının bir nömrəli diqqət mərkəzində saxladıqları bir sahədir. bu nöqteyi-nəzərdən, informasiya təhlükəsizliyinin hücumlardan, təhdidlərdən
qorunması hər bir dövlət orqanı kimi bizim xidmətin də çox vacib və əsas vəzifələrindən biridir.
arhd.media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlaması zamanı xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətinin rəis müavini allahverən ismayılov deyib.
“çünki biz bu sahədə mərkəzi icra hakimiyyəti rolunu orqanıyıq. bu sahədə biz məsuliyyətimizi başa düşürük. ona görə də ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi tədbirlər görülür. gələcək illərdə biz informasiya təhlükəsizliyi sahəsində daha böyük uğurlara imza atacağıq”,- deyə a.ismayılov vurğulayıb.
ötən gün bir sıra media resursuna olan kiberhücumla bağlı dövlət xidmətinin rəis müavini deyib ki, belə hücumların qarşısı xritdx tərəfindən mütəmadi olaraq alınır: "bu məsələlərdə diqqətli olmaq lazımdır. açıq mənbələrdə elə bir məlumat yoxdur ki, informasiya təhlükəsizliyini təhdid etməsin. amma xüsusi xidmət orqanları açıq mənbələrdə apardığı təhlil ilə külli miqdarda əməliyyat məlumatları əldə edir. hər şeyə sadə baxmaq olmaz".























