
bakı, 21 fevral, arhd.media
bakıda “dövlət qurumları it rəhbərlərinin v zirvə toplantısı” keçirilir video
bakıda xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətinin (xritdx) təşkilatçılığı ilə “dövlət qurumları it rəhbərlərinin v zirvə toplantısı” keçirilir.
arhd.media xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətinin rəis müavini allahverən ismayılov bildirib ki, xritdx tərəfindən 2023-cü ildən yaradılan bu platformada dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərləri hər il toplaşaraq sahə üzrə problemləri müzakirə etməklə yanaşı yeni imkanları və ideyaları bölüşürlər.
“bildiyiniz kimi, ötən il ölkəmizdə bmt-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası (cop29) kimi qlobal tədbirin yüksək səviyyədə təşkil olunmasında, prezident və parlament seçkiləri kimi iki mötəbər tədbirin informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında, xidmətimizin əməkdaşları ilə birgə tədbirdə iştirak edən əksər informasiya təhlükəsizliyi rəhbərlərinin də mühüm rolu olub. bununla yanaşı, ötən il, kritik informasiya infrastrukturunun siyahısının təsdiq edilməsi və dövlət informasiya ehtiyatları mühafizəsi üçün yeni normativ hüququ bazanın hazırlanması kimi mühüm addımlar atılıb”, - deyə a.ismayılov əlavə edib.
allahverən ismayılov qeyd edib ki, “azərbaycan respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün strategiyası”nın həyata keçirilməsi üçün 2025-ci il ən əhəmiyyətli illərdən hesab edilir: “məhz bu il, strategiyanın əsas bəndlərinin icrasının başa çatması və ya son mərhələdə olması bu sahədə görülən işlər və əldə olunan nəticələrin mühüm olmasını göstərir”, - deyə a.ismayılov vurğulayıb.






















