Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bir neçə hücumdan sonra “Şərq - Qərb” neft kəmərinin Mədinə və Ər-Riyad bölgələrindəki hissələrində fəaliyyəti müvəqqəti dayandırıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.


Hücumlar nəticəsində xəsarət alan bir neçə nəfərə tibbi yardım göstərilib. Qəza-bərpa briqadaları boru kəmərinin vəziyyətini yoxlamağa və obyektlərin təhlükəsizliyini təmin etməyə başlayıblar. Bəzi obyektlərdə yanğınlar qeydə alınıb.


Hücumlara görə məsuliyyəti Yəməndəki husilər üzərilərinə götürüblər. Bununla yanaşı, ABŞ mənbələrinin məlumatına görə, PUA-ların İraq ərazisindən yönəldilən yönümlü qruplaşmalar tərəfindən buraxılması versiyası da istisna edilmir.


Qeyd edək ki, uzunluğu təxminən 1200 kilometr olan “Şərq - Qərb” neft kəməri Şərq əyalətinin neft hasilatı bölgələrini Qırmızı dəniz sahilindəki Yanbu limanı ilə birləşdirir. Onun buraxılış gücü sutkada 7 milyon barrelə çatır.

Baxış sayı: 3 161

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə