2026-cı il dünya çempionatının 6-cı qrupunda keçirilən ikinci tur matçı yaponiya üçün həm qələbə, həm də tarixi bir mərhələ ilə yadda qalıb.


“arhd.media” xəbər verir ki, asiya təmsilçisi tunis milli komandasını 4:0 hesabı ilə məğlub edərək turnirdə böyük üstünlük qazanıb.


bu qarşılaşma, eyni zamanda, dç tarixində 1000-ci oyun kimi qeyd olunub və futbolun qlobal turnirində əlamətdar anlardan biri olub.


matçın əvvəlindən oyuna sürətli başlayan yaponiya 4-cü dəqiqədə daiçi kamadanın qolu ilə hesabı açıb. tunis tərəfi epizoddan əvvəl qayda pozuntusu olduğunu iddia etsə də, hakim qərarı dəyişməyib.


yaponiya ilk hissədə üstünlüyünü davam etdirərək 31-ci dəqiqədə ayase uedanın uzaq məsafədən vurduğu dəqiq zərbə ilə fərqi iki topa çatdırıb – 2:0.


ikinci hissədə də oyunun tempini idarə edən yaponiya 69-cu dəqiqədə junya itonun qolu ilə hesabı 3:0 edib. matçın sonlarında isə ueda 83-cü dəqiqədə başla fərqlənərək dublunu rəsmiləşdirib və yekun nəticəni müəyyənləşdirib - 4:0.


bu məğlubiyyətlə tunis turnirdə ardıcıl ikinci dəfə uduzaraq xal qazana bilməyib və dç-dən kənarlaşdırılan ilk ərəb komandası oldu.


yaponiya isə bu qələbə ilə xallarını 4-ə yüksəldərək qrupdan çıxmaq yolunda mühüm addım atıb və dç-nin 1000-ci tarixi matçında dominant performans nü

mayiş etdirib.


Baxış sayı: 2 980

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə