Futbol üzrə dünya çempionatının həyəcan dolu anları bütün sürəti ilə davam edir.


“ARHD.MEDiA”nın məlumatına görə, qrup mərhələsinin ilk turu çərçivəsində azarkeşləri yaşıl meydanlarda daha bir neçə maraqlı qarşılaşma gözləyir.


Günün ilk maraqlı dueli E qrupunda yer alan Almaniya və Kürasao yığmaları arasında baş tutacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. E qrupunda həmçinin Kot-d'İvuar millisi Ekvadorla gücünü sınayacaq ki, bu gərgin mübarizə də iyunun 15-i saat 03:00-da start götürəcək.


İyunun 15-nə keçən gecə və səhər saatlarında keçiriləcək digər qarşılaşmalar da futbolsevərləri ekran başına toplayacaq. Belə ki, F qrupu çərçivəsində baş tutacaq Niderland - Yaponiya matçı gecə yarısı, saat 00:00-da, İsveç və Tunis arasındakı oyun isə səhər saat 06:00-da başlayacaq.

Baxış sayı: 3 429

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə