2026-cı il Dünya Çempionatının başlamasına saatlar qalmış keçirilən mətbuat konfransında FIFA prezidenti Canni İnfantino təşkilata yönələn tənqidlərə cavab verib.


“ARHD.MEDiA”nın xəbərinə görə, Meksikanın paytaxtı Mexiko şəhərində çıxış edən İnfantino immiqrasiya məhdudiyyətləri, viza problemləri və bilet qiymətləri ilə bağlı sualları cavablandıraraq mediadan diqqəti futbola yönəltməyi istəyib.


FIFA rəhbəri ABŞ-nin sərhəd və viza siyasəti ilə bağlı tənqidlərə münasibət bildirərkən təşkilatın hökumətlərin qərarlarına təsir imkanlarının məhdud olduğunu vurğulayıb.


“Biz Ayda yaşamırıq, Yer planetində yaşayırıq. Hökumətləri və təhlükəsizlik qüvvələrini idarə edən dünyanın kralları deyilik. Biz əlimizdən gələni edən bir idman təşkilatıyıq. Bəzən sakitləşmək və rahatlamaq lazımdır. Qışqırmaq problemləri həll etmir”, – deyə İnfantino bildirib.


FIFA prezidenti DÇ üçün indiyədək 6 milyondan çox bilet satıldığını açıqlayıb. O, biletlərin ucuzlaşdırılmasının “qara bazar” satışlarını artıracağını qeyd edərək, əldə olunan gəlirlərin futbolun inkişafına yönəldildiyini bildirib.


İnfantinonun sözlərinə görə, turnir biletlərinin qiyməti ABŞ-də keçirilən bir çox iri idman tədbirlərinin pley-off mərhələlərindən daha aşağıdır.


ABŞ ilə İran arasında gərgin münasibətlər fonunda İran millisinin turnirdə iştirakının təmin edilməsini FIFA-nın uğuru kimi qiymətləndirən İnfantino prosesə verdiyi dəstəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.


FIFA rəhbəri Trampla yaxşı münasibətlərinin olduğunu vurğulayaraq, onun dəstəyi olmadan ABŞ-də DÇ-nin təşkilinin daha çətin olacağını bildirib.


İnfantino media və ictimaiyyəti siyasi mübahisələrdən çox turnirə və futbola diqqət ayırmağa çağırıb. O bildirib ki, FIFA qarşıya çıxan problemlərin həlli istiqamətində işlərini davam etdirir.

Baxış sayı: 3 258

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə