Azərbaycan minifutbol milli komandasının Avropa çempionu olması ölkənin idman camiəsini sevindirdi.


“ARHD.MEDiA” xəbər verir ki, Slovakiyada keçirilən turnirin finalında Ukraynanı 2:0 hesabı ilə məğlub edən komandamız bu titula ikinci dəfə yiyələndi.


Komandamız tarix yazaraq kuboku növbəti dəfə ölkəmizə gətidi. Onların bu uğuru dövlət səviyyəsində də qeyd olundu.


İstər Misli Premyer Liqasında mübarizə aparan klublar, istərsə də, idman federasiyaları komandamızı təbrik etdi, müxtəlif paylaşımlar edildi. Amma AFFA Azərbaycan minifutbol komandasını təbrik etmədi.


Qurumun nə saytında, nə də sosial şəbəkə hesablarında bununla bağlı heç bir paylaşıma rast gəlmədik. Əslində elə komandamızı təbrik edən ilk qurumlardan biri AFFA olmalı idi. Dünya və Avropa çempionu olan millimizə dəstək də göstərilməli idi. Lakin AFFA heç bir paylaşım etməyərək diqqətləri üzərinə çəkdi.

Baxış sayı: 3 485

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə