londonun “çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.
“arhd.media” xəbər verir ki, ingiltərə təmsilçisi komandanın sükanının tanınmış ispan mütəxəssis xabi alonsoya tapşırıldığını elan edib.
london klubu ilə təcrübəli çalışdırıcı arasında 4 illik müqavilə imzalanıb. keçmiş baş məşqçi liam rosenyoru əvəzləyən xabi alonso iyulun 1-dən etibarən işinə başlayacaq.
qeyd edək ki, ispan mütəxəssisin son iş yeri vətəni olub. o, 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər madrid “real”ının baş məşqçisi postunda çalışıb.






















