UEFA Çempionlar Liqasının final qarşılaşmasının hakim təyinatları açıqlanıb.


“ARHD.MEDiA” xəbər verir ki, PSJ və “Arsenal” komandaları arasında keçiriləcək həlledici oyun Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.


Final matçında baş hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək. Ona VAR (Video Köməkçi Hakim) otağında həmyerlisi Bastian Dankert köməklik göstərəcək.


Qeyd edək ki, Çempionlar Liqasının böyük finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək.

Baxış sayı: 3 023

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə