qazaxıstanın paytaxtı astanada cüdo üzrə “böyük dəbilqə” turniri davam edir.
“arhd.media” xəbər verir ki, azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq.
rəşid məmmədəliyev (73 kq) 1/8 finalda yersultan duysenxan (qazaxıstan) / arun kumar (hindistan) cütünün qalibi ilə üz-üzə gələcək.
eyni mərhələdə südabə ağayeva (70 kq) isə almaniyalı miriam butkereytlə qarşılaşacaq.
xatırladaq ki, “böyük dəbilqə” mayın 10-u başa çatacaq.























