beynəlxalq cüdo federasiyasının təqviminə əsasən, mayın 1-dən 3-dək tacikistanın paytaxtı düşənbədə böyük dəbilqə turniri keçiriləcək.
“arhd.media” xəbər verir ki, azərbaycan mötəbər yarışda kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – elçin ismayılov və slavko tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.
dünya cüdo turuna daxil olan turnirdə 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.
kişilər
-60 kq
murad muradlı
-66 kq
nizami imranov
islam rəhimov
-73 kq
rəşid məmmədəliyev
+100 kq
uşanqi kokauri
camal qamzatxanov























