azərbaycan yunan-roma güləşi üzrə millisi komanda hesabında avropa çempionu olub.
“arhd.media” xəbər verir ki, yığmamız albaniyanın paytaxtı tiranada keçirilən turnirdə 2 qızıl və 3 bürünc medal qazanmaqla buna nail olub.
ümumilikdə 133 xal toplayan güləşçilərimiz birinci pilləyə sahib çıxıb.
ikinci yeri türkiyə, üçüncü yeri isə gürcüstan tutub.
millinin heyətində həsrət cəfərov (67 kq) və qurban qurbanov (82 kq) qızıl, rəşad məmmədov (55 kq), nihat məmmədli (60 kq), islam abbasov (87 kq) bürünc medal qazanıblar.























