albaniyanın paytaxtı tiranada güləş üzrə avropa çempionatı davam edir.
“arhd.media” xəbər verir ki, bu gün azərbaycanın daha 5 güləşçisi mübarizəyə qoşulacaq.
nihat məmmədli (60 kq), həsrət cəfərov (67 kq), ruslan nurullayev (72 kq), qurban qurbanov (82 kq) və murad əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.
***
azərbaycan güləşçiləri nihat məmmədli, həsrət cəfərov, qurban qurbanov aç-də yarımfinala vəsiqə əldə ediblər.
qeyd edək ki, hər üç idmançı bundan öncəki avropa çempionatında qızıl medal qazanıb.
ruslan nurullayev, murad əhmədiyev isə mübarizəni dayandırıb.
xatırladaq ki, yarımfinal matçları saat 18:45-də başlayacaq.
***
nihat məmmədli avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
60 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda ermənistanlı rəqibi suren ağacanyana uduzub.
***
həsrət cəfərov avropa çempionatının finalına yüksəlib.
67 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi dieqo çxikvadzeyə 4:2 hesablı qalib gələrək finala vəsiqə qazanıb. onun rəqibi türkiyə təmsilçisi murat fırat olacaq.
***
qurban qurbanov avropa çempionatının finalına yüksəlib.
82 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi gela bolkvadze üzərində 2:1 hesablı qələbə qazanaraq adını finala yazdırıb.























