azərbaycan cüdoçuları tbilisidə keçirilən avropa çempionatında mübarizəyə başlayıblar.
“arhd.media” xəbər verir ki, ilk gündə 7 cüdoçumuz tatami üzərinə çıxıb. onlardan 4-ü - şəfəq həmidova, balabəy ağayev, turan bayramov və əhməd yusifov bürünc medal qazanmaq hüququ əldə edib.
60 kq çəkidə balabəy ağayev və əhməd yusifov bürünc medal üçün bir-birləri ilə qarşılaşacaqlar.
idmançılarımızın görüşləri saat 16:00-da başlayacaq.
xanım cüdoçumuz şəfəq həmidova (48 kq) 1/16 finalda erza muminoviçi (kosova) məğlub edib.
könül əliyeva (48 kq) isə amber qersyesi (niderland) üstələyib.
leyla əliyevanın (52 kq) rəqibi nikolina nişaviç (serbiya) 1/16 final görüşünə çıxmayıb. bu səbəbdən l.əliyeva 1/8 finala yüksəlib.
gültac məmmədəliyeva (52 kq) 1/16 finalda karla tavares fernandeşlə (lüksemburq) üz-üzə gəlib. o rəqibini məğlub edib.
kişi cüdoçularımızdan turan bayramov (66 kq) almaniyalı nikolas kunzeyə qalib gələrək 1/18 finala yüksəlib.
balabəy ağayev (60 kq) isə 1/8 finalda italiyalı andrea karlino üzərində qalibiyyətə sevinib.
əhməd yusifov (60 kq) isə böyük britaniyalı çarli ayredən üstün olub və 1/8 finala çıxıb.
***
gültac məmmədəliyeva 1/16 finalda macarıstanlı reka puppa uduzaraq mübarizəni dayandırıb. bu, azərbaycan yığması üçün günün ilk məğlubiyyəti olub.
***
turan bayramov 1/8 finalda italiyalı elios manzini məğlub edərək 1/4 finala çıxıb. onun rəqibi rusiyalı murad çopanov olacaq. turan bayramov murad çopanova ipponla uduzaraq, mübarizəni dayandırıb.
***
leyla əliyeva 1/8 finalda italiyalı odette qiuffridaya məğlub olub.
***
könül əliyeva 1/8 finalda ispaniyalı martinez abelendeya uduzaraq mübarizəni dayandırıb.
***
şəfəq həmidova son dünya çempionu assunta skuttonu (italiya) 1/8 finalda məğlub edib.
***
əhməd yusifov 1/4 finalda fransalı luka mxidzeyə uduzub.
***
balabəy ağayev 1/4 finalda ukraynalı dilşot xalmatova qalib gələrək yarımfinala yüksəlib.
***
şəfəq həmidova isə 1/4 finalda tara babulfathdan (isveç) güclü olub.























