Meksikanın “Pumas” klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavio növbəti qolunu vurub.


“ARHD.AZ” xəbər verir ki, o, 14-cü turda “Mazatlan”ı 3:1 hesabı ilə məğlub etdikləri oyunda ikinci qolun müəllifi olub.


Braziliyalı hücumçu qarşılaşmadan sonra çıxışı ilə bağlı fikirlərini bildirib. 29 yaşlı forvard Azərbaycandan sonra Meksikaya da uyğunlaşdığını deyib: “Komandaya daha bir qol vurmaqla kömək edə bildiyim üçün xoşbəxtəm. Turnir cədvəlinin yüksək pillələrində yer aldığımız üçün hər xal dəyərlidir. “Pumas”da çox xoşbəxtəm, Azərbaycanda olduğu kimi, Meksikada da həm komandama, həm də ölkəyə qısa müddətdə uyğunlaşıram. Getdikcə daha rahat və inamlı oluram”.


Qeyd edək ki, J.Olavio “Pumas”ın heyətində 14 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

Baxış sayı: 2 892

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə