affa-nın bayrağı altında təşkil olunan liqalarda həftəsonu keçirilməsi planlaşdırılan oyunlar təxirə salınıb.
“arhd.media” xəbər verir ki, bu haqda affa-nın mətbuat xidməti məlumat yayıb.
“affa-nın bayrağı altında təşkil edilən u-12 qızlar liqası, u-14 qızlar liqası, u-16 qızlar liqası və yüksək qızlar liqasının 28-30 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb”, - məlumatda qeyd edilib.























