Bu gün Azərbaycanın daha 4 təmsilçisi Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulacaq.


“ARHD.AZ” xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Kamran Süleymanov və Hidayət Heydərov tatami üzərinə çıxacaqlar.


Hər iki idmançının rəqibi Belçikanı təmsil edir. Süleymanov 1/32 finalda Rey Marinkslə, Heydərov isə 1/16 finalda Zelemxan Batçayevlə üz-üzə gələcək.


Qadın idmançıların yarışında isə azərbaycanlılar 70 kq çəkidə, 1/16 finalda mübarizə aparacaqlar. Südabə Ağayeva Nino Qulbani (Gürcüstan) ilə Aytac Qardaşxanlı isə Şirincon Yuldoşovayla (Özbəkistan) qarşılaşacaq.


“Böyük Dəbilqə”nin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq.


Qeyd edək ki, Azərbaycan təmsilçilərinin aktivində 1 gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Baxış sayı: 2 451

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə