superliqa təmsilçilərindən "qalatasaray" klubu "mançester siti"də çıxış edən ilkay gündoğanı heyətinə cəlb etmək istəyir.
arhd.media "the sun"a istinadla xəbər verir ki, istanbul klubu almaniyalı futbolçuya 5 milyon avroluq müqavilə təklif edib.
iddialara görə, "cimbom" türkəsilli futbolçu ilə 2 illik müqavilə imzalamaq istəyir.
qeyd edək ki, o, "mançester siti"nin heyətində ümumilikdə 304 oyun keçirib, premyer liqa (5 dəfə) və çempionlar liqasının (bir) çempionluqlarını qazanıb.























