bu gün “qarabağ”ın uefa çempionlar liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.
“arhd.media” xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi isveçrənin nyon şəhərində keçiriləcək.
tədbir bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
liqa mərhələsini 22-ci pillədə başa vuran azərbaycan təmsilçisi “səpələnməmişlər” səbətində yer alacaq.
pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan “monako” və “qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. “qarabağ”ın potensial rəqibləri turnirin son qalibi psj və “nyukasl”dır. yəni qurban qurbanovun komandası pley-off-da ya fransa təmsilçisi ilə, ya da ingiltərə klubu ilə üz-üzə gələcək.
pley-off-la bağlı püşkatmaya dair uefa-nın qaydalarında deyilir: “16 klub ümumi mərhələnin yekun sıralamasına əsasən ikili qruplara bölünəcək və bununla da dörd “səpələnmiş” cüt (turnir cədvəlində 9-10-cu, 11-12-ci, 13-14-cü, 15-16-cı yerləri tutan klublar) və dörd “səpələnməmiş” cüt (17-18-ci, 19-20-ci, 21-22-ci, 23-24-cü yerlər) formalaşdırılacaq.
yəni 9 və ya 10-cu yerləri tutan klublar 23 və ya 24-cü yerləri tutan klublarla, 11/12 - 21/22 ilə, 13/14 - 19/20 ilə,15/16 - 17/18 ilə üz-üzə gələcək.
“qarabağ” ilk matçı bakıda, cavab oyununu səfərdə keçirəcək. pley-off görüşləri 17-18 fevral və 24-25 fevralda oynanılacaq.
qeyd edək ki, “qarabağ” - psj/”nyukasl” cütünün qalibi 1/8 finalda liqa mərhələsini 5-ci pillədə başa vuran “barselona” və ya 6-cı yerin sahibi “çelsi” ilə qarşılaşacaq.























