“qarabağ”ın u-19 komandası uefa gənclər liqasının əsas mərhələsində son matçını keçirəcək.
arhd.media xəbər verir ki, rəşad sadiqovun rəhbərlik etdiyi kollektiv bakıda “ayaks”la üz-üzə gələcək.
niderland təmsilçisi ilə oyun suraxanıda yerləşən “azərsun arena”da baş tutacaq.
saat 14:00-da start götürəcək görüşü macarıstanlı fifa referisi marton ruş idarə edəcək. xatırladaq ki, komandamız bunadək yarışda keçirdiyi 5 duelin hamısında məğlub olub.























