şahmat üzrə qadınlar arasında dünya çempionatında azərbaycan yığmasının üzvü qızıl medal qazanıb.
arhd.media xəbər verir ki, birinci lövhədə çıxış edən ülviyyə fətəliyeva 10 partiyada 6 xal toplayıb.
o, bu nəticə ilə dünya çempionatının qızıl medalına layiq görülüb.
xatırladaq ki, azərbaycanın qadın şahmatçılardan ibarət millisi ispaniyanın linares şəhərində təşkil olunan dünya çempionatında ikinci olub.























