bakı, 20 sentyabr, arhd.media
azərbaycanın yunan-roma güləşçisi dünya çempionu olub
xorvatiyanın paytaxtı zaqrebdə keçirilən dünya çempionatı davam edir.
arhd.media xəbər verir ki, azərbaycanın yunan-roma güləşçiləri 1 qızıl və 1 bürünc medal qazanıb.
ülvü qənizadə (72 kiloqram) finalda ötən il həlledici görüşdə məğlub etdiyi ibrahim qanemlə qarşılaşıb. gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə 4:2 hesabı ilə qalib gələn həmyerlimiz titulunu qoruyub və 2-ci dəfə dünya çempionu olub.
murad əhmədiyev (97 kiloqram) bürünc medal uğrunda görüşdə macarıstanlı aleks soke ilə üz-üzə gəlib. güləşçimizin ilk hissədə işlətdiyi 4 xallıq fənd qarşılaşmada həlledici rol oynayıb. yekunda 5:5 hesabı qeydə alınsa da, xalların keyfiyyətinə görə sevinən tərəf əhmədiyev olub. beləliklə, murad dünya çempionatında debütünü bürünc medalla qeyd edib.
bununla da yunan-roma güləşçilərimizin mundialda medal sayı 3-ə çatıb.
xatırladaq ki, ötən gün eldəniz əzizli (55 kiloqram) dünya üçüncüsü olub.























