bakı, 31 iyul, arhd.media
azərbaycan güləşçiləri bu il avropa çempionatlarında 73 medal qazanıblar
azərbaycan güləşçiləri bu il keçirilən avropa çempionatlarında yüksək nəticələrə imza atıblar.
azərbaycan güləş federasiyasından arhd.az -a bildirilib ki, onlar müxtəlif yaş qrupları üzrə qitə çempionatlarında ümumilikdə 73 medal qazanıblar.
həmin yarışlarda 22 dəfə azərbaycan himni səsləndirilib. 21 güləşçimiz gümüş, 30-u isə bürünc mükafata sahib çıxıb.
sərbəst güləşçilər avropa çempionatlarında 8 qızıl, 12 gümüş və 13 bürünc medal qazanıblar. yunan-roma güləşində təmsilçilərimiz 8 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, 8 dəfə ikinci, 11 dəfə isə üçüncü yerlə kifayətləniblər. qadın güləşçilər 4 qızıl, 1 gümüş və 5 bürünc medalla yadda qalıblar. çimərlik güləşində isə 2 qızıl və 1 bürünc mükafat əldə olunub.






















