azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq
bakı, 6 fevral, arhd.media
bu gün futbol üzrə azərbaycan kubokunda 1/4 finalın ilk oyunları çərçivəsində daha 2 görüş keçiriləcək.
arhd.mediaxəbər verir ki, günün ilk matçında “araz-naxçıvan” “zirə”ni qəbul edəcək. saat 16:00-da başlayacaq matçı fifa referisi elçin məsiyev idarə edəcək.
digər oyunda isə “qarabağ” səfərdə “səbail”lə qarşılaşacaq. saat 18:30-da start götürəcək qarşılaşmanın baş hakimi rauf cabarov olacaq.
bu iki matçla 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
qeyd edək ki, bu mərhələnin əvvəlki matçlarında "neftçi" səfərdə "kəpəz"i iki cavabsız qolla üstələyib. "sabah" - "sumqayıt" matçında isə qolsuz heç-heçə qeydə alınıb. 1/4 finalın cavab görüşləri fevralın 27-28-də keçiriləcək.






















