bakı, 30 may, arhd.media
azərbaycan minifutbol millisi bakıda keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.
arhd.media xəbər verir ki, elşad quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda monteneqronu sınağa çəkib.
qarşılaşma ölkəmizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
bununla da yığmamız mundialın finalına vəsiqə qazanıb.
həlledici görüş iyunun 1-də təşkil olunacaq.





















