bakı, 30 aprel, arhd.media
azərbaycan və iordaniya taekvondo federasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb.
azərbaycan taekvondo federasiyasından arhd.media-a verilən məlumata görə, memorandumu iordaniyada səfərdə olan azərbaycan taekvondo federasiyasının prezidenti kəmaləddin heydərov ilə iordaniya taekvondo federasiyasının prezidenti şahzadə rəşid bin əl həsən imzalayıb.
memorandum çərçivəsində azərbaycan və iordaniya arasında idmanın taekvondo növü üzrə əlaqələrin gücləndirilməsi məqsədilə qarşılıqlı təlim-məşq toplanışları, seminarlar, idmançı və məşqçilərin təcrübə mübadiləsi və digər məsələlər üzrə əməkdaşlıq nəzərdə tutulur.
görüşdə azərbaycan və iordaniyada taekvondonun inkişafı sahəsində görülən işlərdən, əldə edilmiş nailiyyətlərdən danışılıb, idmanın bu növünün populyarlığının artırılması məqsədilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib və geniş fikir mübadiləsi aparılıb.
























