suqovuşan, 30 aprel, arhd.media
yenidən suqovuşan torpaqlarında olmaq çox xoşdur.
arhd.media xəbər verir ki, bu sözləri gənclər və idman naziri fərid qayıbov ümummilli lider heydər əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “prezident kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
nazir bildirib ki, bu idman növü üzrə yerli və beynəlxalq yarışlar işğaldan azad edilmiş ərazilərdə növbəti illərdə də keçiriləcək: "iştirakçı sayından da bilinir ki, reqataya maraq ildən-ilə artır. suqovuşanda ilk dəfə keçirilən reqatada bu say 4 idisə, indi 20-dən çoxdur”.
qeyd edək ki, “prezident kuboku-2025” beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edir. bu gün suqovuşanda start götürəcək yarış mayın 1-2-də mingəçevir “kür” olimpiya tədris-idman mərkəzində davam edəcək.























