bakı, 14 aprel, arhd.media
azərbaycan üzgüçüləri çexiyadakı qran-pridə 17 medal qazanıblar
azərbaycan üzgüçüləri çexiyanın ostrava şəhərində keçirilən dünya çempionatına lisenziya xarakterli qran-pridə 17 medal qazanıblar.
azərbaycan üzgüçülük federasiyasından arhd.media-a bildirilib ki, bunlardan 2-si qızıl, 8-i gümüş, 7-si isə bürünc mükafatdır.
ramil vəlizadə ilə süleyman ismayılzadə hərəyə 1 qızıl və 2 gümüş, əbdürrəhman rüstəmovla fatimə alkərəmova hərəyə 2 gümüş, 1 bürünc medala sahib çıxıblar. oqtay hüseynov 3, səid həmidov isə 3 növdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
qeyd edək ki, turnirdə 5 ölkə - çexiya, azərbaycan, fransa, polşa və sloveniyadan 350-yə yaxın idmançı iştirak edib.























