bakı, 4 aprel, arhd.media
taekvondo üzrə azərbaycan çempionatına yekun vurulub
fövqəladə hallar nazirliyinin (fhn) hövsan qəsəbəsində yerləşən idman-sağlamlıq klubunda taekvondo üzrə u-21 ölkə çempionatına yekun vurulub.
arhd.media xəbər verir ki, yarışda 165 taekvondoçu (107 kişi, 58 qadın) çempionluq uğrunda mübarizə aparıb.
yarışın ilk günündə kişilər arasında 58, 63, 68, 87, qadınlar arasında 46, 49 və 73 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
çempionatın ikinci günündə kişilər arasında 54, 74, 80, +87, qadınlar arasında 53, 57, 62, 67 və +73 kiloqram çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gəlib.























