bakı, 30 mart, arhd.media
"agf trophy"nin qalibi: qızıl medal qazanacağıma inanırdım
"özümdən bu nəticəni gözləyirdim. səhvlərim olsa da, fəxri kürsünün ən yüksək pilləsində yer aldığım üçün xoşbəxtəm".
bu sözləri arhd.media-a açıqlamasında bakıda keçirilən "agf trophy" beynəlxalq turnirində qızıl medal qazanan azərbaycanın bədii gimnastı azadə atakişiyeva deyib. halqa proqramında bütün rəqiblərini qabaqlayan idmançı azarkeşlərin dəstəyini hiss etdiyini söyləyib: "dəstəklərini əsirgəməyənlərə minnətdaram. burada güclü idmançılar yarışır. amma mənim ən böyük rəqibimin elə özüməm. ona görə də qızıl medal qazanacağıma inanırdım".
o, növbəti hədəflərindən bəhs edib: "əsas məqsədim gənclər arasında dünya çempionatında iştirak etmək və orada ölkəmi layiqincə təmsil etməkdir".
a.atakişiyeva mükafatını məşqçi və xoreoqraflarına həsr etdiyini deyib.
qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.























