qahirə, 29 mart, arhd.media


qahirə stadionunun qapalı zalında qadınlar arasında qılıncoynatmanın sablya növü üzrə dünya kuboku yarışları başlayıb.

arhd.media “əl-əhram” qəzetinə istinadla xəbər verir ki, martın 30-dək davam edəcək yarışda 33 ölkədən 181 idmançı iştirak edir.

misir yarışlara ən çox idmançı sayı ilə (18 idmançı) çıxıb. azərbaycanı bu idman tədbirində 3 idmançı - kərimova səbinə, hüseynova zərifə və kaspiaroviç palina təmsil edir.

digər iştirakçı ölkələr bunlardır: argentina, avstriya, belçika, kanada, çin, salvador, fransa, gürcüstan, almaniya, britaniya, yunanıstan, honkonq, macarıstan, hindistan, italiya, yaponiya, qazaxıstan, koreya respublikası, niderland, polşa, rumıniya, səudiyyə ərəbistanı, sinqapur, ispaniya, türkiyə, ukrayna, abş, özbəkistan, venesuela və bir ölkə (neytral statusda).

Baxış sayı: 2 354

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə