bakı, 24 mart, arhd.media
dç-2026: avropa zonası üzrə seçmə mərhələdə ii tura start verilir
bu gün futbol üzrə 2026-cı il dünya çempionatının avropa zonası üzrə seçmə mərhələsində ii tura start veriləcək.
arhd.media xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçiriləcək.
g qrupunda litva millisi finlandiyanı, polşa yığması maltanı qəbul edəcək. h qrupunda kipr seçməsi bosniya və herseqovinanın, rumıniya san marinonun qonağı olacaq. nəhayət, k qrupunda isə albaniya öz meydanında andorra ilə, ingiltərə isə latviya ilə qarşılaşacaq.
dç-2026-nın seçmə mərhələsi
ii tur
24 mart
g qrupu
21:00 litva - finlandiya
23:45 polşa - malta
xal durumu: polşa - 3, finlandiya - 3, niderland - 0 (oyun keçirməyib), malta - 0, litva - 0.
h qrupu
23:45 bosniya və herseqovina - kipr
23:45 san marino - rumıniya
xal durumu: kipr - 3, bosniya və herseqovina - 3, avstriya - 0 (oyun keçirməyib), rumıniya - 0, san marino - 0.
k qrupu
23:45 ingiltərə - latviya
23:45 albaniya - andorra
xal durumu: ingiltərə - 3, latviya - 3, serbiya - 0 (oyun keçirməyib), andorra - 0, albaniya – 0.























