azərbaycan futbol federasiyaları assosiasiyasının (affa) keçmiş baş katibi çingiz ismayılov 89 yaşında vəfat edib.
arhd.media xəbər verir ki, bu barədə azərbaycan mətbuat şurasının icraçı katibinin müavini, jurnalist ilqar tağıyev sosial şəbəkədə məlumat yayıb.
“futbol veteranı çingiz ismayılov bu gün haqq dünyasına qovuşdu. aprelin 12-i 90 yaşını qeyd edəcəkdi...”, – jurnalist qeyd edib.
xatırladaq ki, daha əvvəl ismayılovun pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
qeyd edək ki, ç. ismayılov 1935-ci ildə bakıda doğulub. o, 1955-1962-ci illərdə “neftçi”nin şərəfini qoruyub. bundan başqa, futbolçu bakının və gəncənin “dinamo”, habelə “neft daşları” komandalarında çıxış edib. 1994-cü ildə affa-nın baş katibi seçilib. 9 il ölkənin ali futbol qurumunda çalışıb.
o, 2022-ci ildə “tərəqqi” medalı ilə təltif edilib.























