bakı, 22 mart, arhd.media
azərbaycanın u-21 millisi bu gün moldova ilə qarşılaşacaq
türkiyədə təlim-məşq toplanışında iştirak edən azərbaycanın u-21 millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
arhd.media xəbər verir ki, ayxan abbasovun rəhbərlik etdiyi kollektiv moldova ilə üz-üzə gələcək. matç bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
qeyd edək ki, yığma üç gün sonra şimali makedoniyanın müvafiq yaş qrupu ilə qarşılaşacaq.























