bakı, 15 yanvar, arhd.media
fiba çempionlar liqasında türkiyənin "aliağa petkim spor" və israilin "hapoel holon" komandaları arasında pley-in seriyasının üçüncü oyunu bakıda keçiriləcək.
həlledici matça bakı idman sarayı ev sahibliyi edəcək. görüş yanvarın 22-də təşkil olunacaq. komandalar arasında cütün ilk görüşü də paytaxtımızda reallaşmışdı.
qeyd edək ki, daha əvvəlki oyunlarda kollektivlər hərəyə bir qələbə qazanıblar.
arhd.media sosial media saytı’ın baş redaktoru :
orxan ismayılov



















