bakı, 15 mart, arhd.media
azərbaycan şahmat federasiyası (aşf), gənclər və idman nazirliyinin dəstəyi ilə növbəti dəfə “baku open - 2025” beynəlxalq şahmat festivalı keçiriləcək.
aşf-nin mətbuat xidmətindən arhd.media-a bildirilib ki, festivaldan öncə şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu vişvanatan anand bakıya səfər edəcək. hindistanlı şahmatçı azərbaycan çempionatının son qalibi rauf məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. vişvanatan anandla rauf məmmədov arasında turnirin aprelin 27-30-da keçirilməsi planlaşdırılır.
qeyd edək ki, “baku open - 2025” beynəlxalq şahmat bakı kristal zalında 27 aprel (gəlmə günü) - 6 may (son tur və bağlanış) tarixləri arasında keçiriləcək və şahmatçılar üç qrupda isveçrə sistemi üzrə 9 turda (a, b və c) mübarizə aparacaq.
festivalın ümumi mükafat fondu 55 min abş dollarına bərabərdir.























