bakı, 15 mart, arhd.media
17 yaşadək qadın futbolçulardan ibarət azərbaycan milli komandası bu gün avropa çempionatının ii seçmə mərhələsində ikinci oyununu keçirəcək.
arhd.media xəbər verir ki, b liqasının 2-ci qrupunda yer alan yığma bolqarıstan seçməsi ilə üz-üzə gələcək. bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı gürcüstanlı baş hakim idarə edəcək. matç saat 16:00-da başlayacaq.
qrupun digər oyununda saat 11:00-da lüksemburq və malta seçmələri üz-üzə gələcəklər.























