bakı, 12 mart, arhd.media
bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının maskotu bəlli olub
bu il azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının maskotu təqdim edilib.
arhd.media xəbər verir ki, mundialın qəhrəmanının adı bugünkü püşkatma mərasimində ictimaiyyətə açıqlanıb.
dünya çempionatının maskotu maraldır. onun adı isə maralzadədir.
qeyd edək ki, minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-dək bakıda keçiriləcək.





















